Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“İsrafil Hüseynov”da yanğının səbəbi açıqlandı

© AP PhotoYanan gəmi
Yanan gəmi - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alan şəxslər Azərbaycan, İtaliya, Böyük Britaniya, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşlarıdırlar

BAKI, 10 may — Sputnik. “Saipem” şirkəti mayın 8-də icarəyə götürdükləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İsrafil Hüseynov” gəmisində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda evdə yanğın olub, ölən var

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda qəzanın borudüzmə işləri zamanı avadanlığın bir hissəsi üzərində aparılan texniki qulluq əməliyyatları ilə əlaqədar olduğu deyilir.

Bildirilir ki, qəzada xəsarət alan on dörd nəfər şirkət işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Onlardan yeddisi reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alan şəxslər Azərbaycan, İtaliya, Böyük Britaniya, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşlarıdırlar.

“Saipem” şirkətindən bildirilib ki, yüngül xəsarət alan şəxslərin dərhal vətənlərinə qaytarılmasını təmin etməklə yanaşı, ciddi xəsarət alan digər şəxslərin xüsusi tibbi mərkəzlərə köçürülməsi təmin ediləcək.

Xəbər lenti
0