Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanan gəmidəki soydaşlarımızın vəziyyətləri barədə son xəbər

CC0 / Parentingupstream / DoctorXəstəxana palatasında yatan qadın, arxiv şəkli
Xəstəxana palatasında yatan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Digər 7 nəfər isə cərrahiyyə şöbəsində müalicələrini davam etdirir

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Xəbər verdiyimiz kimi, mayın 8-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqda qəza baş verib. Nəticədə yanğın meydana çıxıb.

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanlar Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) gətirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a xəsarət alanların indiyə olan vəziyyətləri barədə məlumat verilib.

Bildirilib ki, ümumilikdə 14 nəfər xəsarət alıb: "Yanıq xəsarəti alanlardan 7 nəfəri reanimasiyadadır, onlardan da 3-nün vəziyyəti ağırdır. Digər 7 nəfər isə cərrahiyyə şöbəsində müalicələrini davam etdirir".

Xəbər lenti
0