BAKI, 10 may — Sputnik. Ölkənin və bütün Türk dünyasının müasir tarixində dərin iz buraxan Müasir Azərbaycanın qurucusu Heydər Əliyev 96 il əvvəl bu gün anadan olub. Bu gün çətin həyat və siyasi yol keçən görkəmli insan, dahi Heydər Əliyevin doğum günündən 96 il keçir.
Heydər Əliyev on illiklər ərzində həm Azərbaycan, həm də Rusiya siyasi arenasında işləyib. 1993-cü ildə isə hökumət böhranından yorulan, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan xalqı həmin vaxt olan ölkə rəhbərliyindən hakimiyyətə Heydər Əliyevin gətirilməsini tələb etdi. Dahi liderin Azərbaycana qayıtması ölkənin bugünkü inkişafı və çiçəklənməsi istiqamətində əhəmiyyətli addımdır.
Həyatsevər insan kimi görkəmli siyasətçi öz xalqını, Xəzər dənizinin sahilini sevirdi, tez-tez neftçilər, pampıqçılar və digər peşələrin sahibləri ilə görüşərdi.
Sputnik Azərbaycan öz fotolentində oxucularına dahi liderin yalnız sovet dövründə deyil, həm də Azərbaycanın müstəqillik dövründə fəaliyyətini əks etdirən şəkilləri təqdim edir. Bu fotolar bir daha göstərir ki. Heydər Əliyev daim öz xalqının yanında olub.