CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtalyanlar şərəfinə papaqlarını çıxarırdılar, doğma atası isə ondan imtina etmişdi

© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin həyat yoldaşı Cəvahir İsayeva
İtaliynın Milli Qəhrəmanı, Serafino ləqəbli Tahir İsayevin həyat yoldaşı Cəvahir İsayeva - Sputnik Azərbaycan
Abunə olmaq
İsayev yalnız Xruşşovun zəngindən sonra doğma kəndinə dönə bilib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 9 may – Sputnik. II Dünya müharibəsi illərində Azərbaycandan ordu sıralarına səfərbər olunan, taleyinə əsirlik düşərək mübarizəsini Avropa ölkələrində partizan dəstələrində vuruşaraq davam etdirən və həmin ölkələrdə qəhrəman adına layiq görülən onlarla soydaşımız olub. Onlardan biri də İtaliyanın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevdir.

© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin şərəfinə ucaldılmış abidə
İtalyanlar şərəfinə papaqlarını çıxarırdılar, doğma atası isə ondan imtina etmişdi - Sputnik Azərbaycan
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin şərəfinə ucaldılmış abidə

1922-ci ildə Qazax rayonunun Şıxlı kəndində dünyaya göz açan Tahir İsrafil oğlu İsayev Böyük Vətən müharibəsinin başlananda orduya çağırılıb. İlk döyüşlərini Şimali Qafqazda keçirən İsayev 1942-ci ildə Mozdok ətrafında yaralanaraq əsir düşüb. Daha sonra Avstriyada saxlandığı əsir düşərgəsindən qaçmağı bacarır və İtaliyaya keçərək Berqamo şəhərində partizanlara qoşulub. O, "Fiamma Verdi" beynəlmiləl partizan briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşaraq misilsiz şücaətlər göstərib. 1945-ci il aprelin 25-də Milan şəhərində faşistlərə qarşı üsyanda göstərdiyi qəhrəmanlıqlara görə bu şəhərin fəxri vətəndaşı adını alıb. İtaliyada ailə həyatı quran Tahir İsayevin bir oğul övladı dünyaya gəlib.

© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin fotoşəkli
İtalyanlar şərəfinə papaqlarını çıxarırdılar, doğma atası isə ondan imtina etmişdi - Sputnik Azərbaycan
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin fotoşəkli

Lakin vətən həsrətinə dözməyərək medalları, xatirə saxladığı əşyalarını da götürərək 23 yaşında doğma Azərbaycana qayıdıb. Amma vətənində xoş qarşılanmır. Əlində İtaliya və Sovet İttifaqı Kommunist Partiyalarının biletləri olsa da, əsirliyi bəhanə edilərək sıxışdırılır. Hətta atası da oğlundan imtina etmək məcburiyyətində qalır. Bundan sonra İtaliyada adına əfsanələr qoşulan, mübarizəsi ərzində yüzlərlə faşist döyüşçüsünü öldürdüyü söylənən T.İsayev vətənə xəyanətdə suçlanmamaq üçün doğma kəndini tərk edərək Gürcüstanın Rustavi şəhərinə köçür.

© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi
İtalyanlar şərəfinə papaqlarını çıxarırdılar, doğma atası isə ondan imtina etmişdi - Sputnik Azərbaycan
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi

Bütün bunları Sputnik Azərbaycan-ın bölgə müxbirinə onun həyat yoldaşı və ev muzeyinin baxıcısı olan Cəvahir İsayeva deyib. Onun söylədiyinə görə, Rustavidə zavodların birində qaynaqçı işləyən "Serafino"nu ötən əsrin 60-cı illərində SSRİ-yə səfərə gələn İtaliya Kommunist partiyasının sədri Palmiro Tolyatti sovet lideri Nikita Xruşşovdan soruşub. Yalnız bundan sonra unudulmuş Tahir İsayev Xruşşovun tapşırığı ilə Rustavidə tapılıb, Azərbaycana dəvət edilib. Ona doğulduğu Şıxlı kəndində torpaq sahəsi ayrılaraq ev tikməsinə şərait yaradılıb.

© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin medalı
İtalyanlar şərəfinə papaqlarını çıxarırdılar, doğma atası isə ondan imtina etmişdi - Sputnik Azərbaycan
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin medalı

Cəvahir xanım mərhum həyat yoldaşının bundan sonra İtaliyaya dəvət edildiyini, orada keçmiş cəbhə yoldaşları ilə görüşdüyünü, hərbi paradda iştirak etdiyini dedi. O, vətənə İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Haribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri də daxil olmaqla, ümumən 36 orden və medal, o cümlədən 12 dövlət mükafatı ilə dönüb. 1974-cü ildə Tahir İsyaev haqqında "Onun adı Serafinodur" adlı sənədli film çəkilib. Əfsanəvi qəhrəman 2001-ci ildə rəhmətə gedib və doğulduğu Qazax rayonu Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilib.

© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin şərəfinə ucaldılmış abidə
İtaliynın Milli Qəhrəmanı, Serafino ləqəbli Tahir İsayevin şərəfinə ucaldılmış abidə - Sputnik Azərbaycan
1/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin şərəfinə ucaldılmış abidə
© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin həyat yoldaşı Cəvahir İsayeva
İtaliynın Milli Qəhrəmanı, Serafino ləqəbli Tahir İsayevin həyat yoldaşı Cəvahir İsayeva - Sputnik Azərbaycan
2/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin həyat yoldaşı Cəvahir İsayeva

3/9

© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyinin acınacaqlı vəziyyəti
İtaliynın Milli Qəhrəmanı, Serafino ləqəbli Tahir İsayevin ev muzeyinin acınacaqlı vəziyyəti - Sputnik Azərbaycan
4/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyinin acınacaqlı vəziyyəti
© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi
İtaliynın Milli Qəhrəmanı, Serafino ləqəbli Tahir İsayevin ev muzeyi - Sputnik Azərbaycan
5/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi
© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi
İtaliynın Milli Qəhrəmanı, Serafino ləqəbli Tahir İsayevin ev muzeyi - Sputnik Azərbaycan
6/9

7/9

© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin portreti
İtaliynın Milli Qəhrəmanı, Serafino ləqəbli Tahir İsayevin portreti - Sputnik Azərbaycan
8/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin portreti
© Sputnik / Ilham Mustafayevİtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi
İtaliynın Milli Qəhrəmanı, Serafino ləqəbli Tahir İsayevin ev muzeyi - Sputnik Azərbaycan
9/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi
1/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin şərəfinə ucaldılmış abidə
2/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin həyat yoldaşı Cəvahir İsayeva
3/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin həyat yoldaşı Cəvahir İsayeva
4/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyinin acınacaqlı vəziyyəti
5/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi
6/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi
7/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi
8/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin portreti
9/9
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin ev muzeyi

Cəvahir xanım bu gün yenə də onun unudulduğunu, heç kimin yad etmədiyini dedi. Həmçinin dünyasını dəyişdikdən sonra qəhrəmanın adının tutulmadığından, məzarının və ev muzeyinin bərbad halda olmasından gileyləndi.

Xəbər lenti
0