CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Binəqədi sakinlərini narahat edən küçə istifadəyə veriləcək - RƏSMİ

© Sputnik / Irade JELILBinəqədi
Binəqədi - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırlıq işləri yekunlaşdıqdan sonra küçəyə asfalt örtüyü vurulacaq

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Paytaxtın Binəqədi rayonu, Firdovsi Vəliyev küçəsinin sakinləri bir müddət əvvəl küçələrində asfalt örtüyünün yenilənməsi üçün rəsmi qurumlara müraciət edib. Və hər nə olubsa, elə bu müraciətdən sonra olub. Küçədə təmirə hazırlıq prosesi başlayıb, amma bu proses yarımçıq qalıb. Sonradan isə küçədəki vəziyyətlə heç kim maraqlanmayıb.

Narazı sakinlər problemlə bağlı Sputnik Azərbaycan-a müraciət ediblər.

Xətai Rayonunda Məhəmməd Hadi küçəsi 93-99 ünvanında olan yaşıllıq ərazi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sakinlər qərar verdilər: Gecəni küçədə yatarıq, amma ağacları kəsməyə qoymarıq

Binəqədi sakini Zaur Nurməmmədovun sözlərinə görə, küçə Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığındadır. Ərazi xalq arasında "söyüdlər" adlanır: "Bu küçəyə şəhid Firdovsi Vəliyevin adlı verilib. Hardasa 2-3 ay əvvələ qədər küçəmizin 400 metrə qədər ərazisi asfalt, qalan hissəsi isə kələ-kötür torpaq yol idi. Sakinlərimiz yığışıb şikayət etdilər ki, küçəmizə yol çəkilsin. Şikayətmiz qəbul edildi. Asfalt olmayan yerlərdə təmirə hazırlıq prosesi başladı. Mart ayının əvvəlində asfalt olan ərazinin də üst hissəsi qaşınıb götürüldü. Sonra yağışlar başladı və həmin qaşınmış əraziləri yağış yuyub apardı. Küçə çala-çuxur oldu. Elə bir vəziyyət yarandı ki, heç kim küçədən keçə bilmədi".

Əlacsız qalan sakinlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət ediblər.

Знак Ремонт дороги - Sputnik Azərbaycan
Diqqət: Bu gecədən etibarən bəzi küçə və prospektlər bağlanacaq

"Bizə bildirildi ki, ərazi qurumun balansında deyil. Buna görə də, təmir işlərini Avtomobil Yolları Dövlət Agentliyi etməməlidir. Qarşıdan yay gəlir. Toz-torpaq üzündən ərazidən keçmək mümkün olmayacaq. Bir az külək əsən kimi küçədəki torpağı havaya sovurur" - Nurməmmədov deyib.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. O bildirib ki, Firdovsi Vəliyev küçəsi təmir olunacaq: "Ərazidə yaşayanlar bir qədər səbrli olsalar, küçə təmir ediləcək. Artıq küçə frezlənib, torpaq yatağının bərkidilməsi işləri görülüb. Hazırlıq işləri yekunlaşdıqdan sonra küçəyə asfalt örtüyü vurulacaq. Yəqin ki, bütün işlər bir həftəyə başa çatar".

Xəbər lenti
0