BAKI, 8 may — Sputnik. Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə "Təbriz Center" MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub.
Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədilə "Təbriz Center" MMC-nin rəhbəri Adil Yusifova icra etmək üçün "məcburi göstəriş" verilib.