BAKI, 8 may — Sputnik. İsrail Baş Naziri Benyamin Netanyahu İranın nüvə silahının olmasına imkan verməyəcəyinə dair söz verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
"Biz İrana nüvə silahı əldə etməyə imkan verməyəcəyik", - deyə Netanyahu terror qurbanları günü ilə bağlı keçirilən tədbirlərdən birində çıxışı zamanı bildirib.
Xatırladaq ki, daha əvvəl rəsmi Tehran İranının nüvə razılaşması ilə götürdüyü öhdəliklərin bir hissəsinin yerinə yetirilməsinin dayandırılması haqqında məktubu saziş üzvlərinə göndərib.
"Bu məktublarda onlara bildirdik ki, biz bir il gözlədik... və öz öhdəliklərimizə riayət etdik. Biz nüvə razılaşmasından çıxmaq istəmirik, bu gün razılaşma çərçivəsində yeni addımlar atacağıq", - deyə İran prezidenti Həsən Ruhani televiziyada canlı yayımda bildirib.
Qeyd edək ki, İran və "Altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrindən razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb.
2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı prezident Donald Tramp imzalayıb. ABŞ İrana yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib.