Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Adəm Ramazanov ağır yaralı halda Bakıya gətirilib

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Ona sol təpə-gicgah nahiyyəsinə kraniotomiya diaqnozu qoyulub

BAKI, 7 may — Sputnik. Salyanda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan şəxsərdən biri Bakıya gətirilib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qəzada yaralanan, 2008-ci il təvəllüdlü Adəm Ramazanov Bakıda Neyrocərrahiyə Xəstəxanasına yerləşdirilərək təcili əməliyyat olunub. Ondan böyük ölçüdə epidural hematoma xaric edilib.

Uşağa sol təpə-gicgah nahiyyəsinə kraniotomiya diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu qeyd olunur.

Xatırladaq ki, ötən gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verən qəzada 1 nəfər ölüb, 7 nəfər yaralanmışdı.

Xəbər lenti
0