Dövlət başçısı yeni avtomobil yolunun açılışını edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak edib
İlham Əliyev Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə rəhbəri "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin fəaliyyəti ilə də tanış olub

BAKI, 7 may — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə ediblər. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qobustan rayonuna səfərə gəlib
Dövlət başçısı yeni avtomobil yolunun açılışını edib - Sputnik Azərbaycan
İlham Əliyev Qobustan rayonuna səfərə gəlib

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib
Dövlət başçısı yeni avtomobil yolunun açılışını edib - Sputnik Azərbaycan
İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib. Prezident və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olublar. Həmçinin bu tibb ocağının kollektivi ilə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib
Dövlət başçısı yeni avtomobil yolunun açılışını edib - Sputnik Azərbaycan
İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxıblar. Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verib. Müəssisə ilə tanışlıqdan sonra Prezident və birinci xanım xalçaçılarla görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin fəaliyyəti ilə tanış olublar. Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət edib. Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan-Poladlı avtomobil yolunun açılışında da iştirak ediblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti
0