Qaynayan İstanbulla bağlı kritik toplantı başa çatdı, qərar açıqlandı

© AP Photo / Emrah GurelTürkiyədə bələdiyyə seçkiləri
Türkiyədə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Müxalifət lideri: "Ədalətsizlik varsa, mübarizə aparmaq bizim namus borcumuzdur"

BAKI, 7 may — Sputnik. "Türkiyə vətəndaşları seçimini etdi, seçkiyə getdi. Bələdiyyə başqanımızın lehinə səs verdilər. Onların təxmin belə, etmədiyi yerlərdə qalib gəldik".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankarada baş tutan fövqəladə toplantısından sonra jurnalistlərə açıqlamasında partiyanın sədri Kamal Kılıçdaroğlu deyib.

"İstanbula gəlincə, tələ qurmağa başladılar. Millətin iradəsinə, demokratiyaya tələ qurmağa başladılar. Yüksək Seçki Komissiyasında olan bəzi hakimlərlə birgə tələ qurdular" - deyə Kılıçdaroğlu bəyan edib.

O vurğulayıb ki, bu tələni CHP qurmayıb: "Şübhəsiz, İstanbulda nələrsə oldu. Seçki zamanı nələrsə baş verdi. Bu, doğrudur. Çünki seçkilərdə xalq Əkrəm İmamoğlunu seçdi".

Kılıçdaroğlu YSK-da yenidən seçki keçirilməsi qərarını verən hakimləri "mafiya üzvləri" adlandırıb: "Millətin vicdanı qanayır. Ədalətsizlik qarşısında susan dilsiz şeytandır. Ədalətsizlik varsa, mübarizə aparmaq bizim namus borcumuzdur". 

Главный оппозиционный кандидат в мэры Республиканской народной партии (НРП) Экрем Имамоглу машет толпе во время митинга после местных выборов в Стамбуле - Sputnik Azərbaycan
Əkrəm İmamoğlu YSK-nın taleyüklü İstanbul qərarına münasibətini bildirdi

"Hər yerdə hər bir şəxs üçün ədalət axtaracağıq. Kasıb-kusub üçün də ədalət olmalıdır. Ədalət 82 milyonun ədalətidir. Üstəlik Ramazan ayının ilk günündə. Bu 7 nəfərlik mafiyaya müraciət edirəm: Özünüzə hakim deyirsiniz? Hakimin vicdanı olmalıdır".

CHP lideri, həmçinin İstanbulda keçirilən seçkilərdə yenidən iştirak edəcəklərini bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında YSK-nın İstanbulda yenidən seçki keçirilməsi qərarını şərh edib. O bildirib ki, aradakı fərq yarıbayarı olsaydı, məsələ bu yerə qədər gəlməzdi.

"İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə iyunun 23-də təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edilib. Bu müddətdə fəaliyyət göstərərək seçkini qazanmağa çalışacağıq. Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırımdır" - deyə Prezident vurğulayıb.

Xatırladaq ki, YSK-nın dünən keçirilən iclasında təkrar seçkilərin keçirilməsinə qərar verilib. Qərarın lehinə komissiyanın 11 üzvündən 7-si səs verib. Digər 4 nümayəndə isə buna qarşı çıxıb.

Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək. YSK-nın açıqlamasına görə, hazırda İstanbul Bələdiyyəsinin sədri olan CHP-nin namizədi Əkrəm İmamoğluna verilmiş mandat geri alınacaq.

Cari il martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib.

Xəbər lenti
0