CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobili onu həm həyata bağladı, həm də itirdiyi ayaqlarını əvəz elədi

Abunə olmaq
Goranboy rayon Nərimanlı kənd sakini olan I qrup əlil Elşad Məmmədov 15 il əvvəl hər iki ayağından məhrum olsa da, sürücülük peşəsindən vaz keçməyib. Onun buna necə nail olduğunu Sputnik Azərbaycan-ın videosunda izləyin.

Elşad Məmmədovun səhhətində problemlər 1989-cu ildə başlayıb. Bütün müalicələrə baxmayaraq, 2004-cü ildə hər iki ayağını itirməli olub. Artıq ölüm haqqında düşünməyə başlayan müsahibimiz daha sonra maşın alıb, əllə idarə etmək üçün ona düzəlişlər etdikdən sonra yenidən həyata qayıtmağa başlayıb.

Hal-hazırda o, həm taksi sürücüsü kimi fəaliyyət göstərərək ailəsinə dəstək olur, hətta bəzi təmir işlərini belə, özü aparır.

Sağlam adamların işsizlik barədə şikayətlərini isə gülüşlə qarşılayır, çünki özü ağır zəhmətin və hər bir çətinliyə baxmayaraq, işləməyə davam etməyin nə olduğunu çox yaxşı bilir.

Onun sadiq dostu olan avtomobili isə sürücünü heç vaxt yolda qoymayıb.

Xəbər lenti
0