Türkiyədə keçirilmiş son bələdiyyə seçkilərində hakim partiyanın böyük şəhərlərdə məğlubiyyəti partiya daxilində parçalanma meyllərini gücləndirib. Yayılan məlumatlara görə, sabiq Türkiyə prezidenti Abdulla Gül, eks baş nazir Əhməd Davudoğlu və keçmiş iqtisadiyyat naziri Əli Babacan kimi şəxslərin liderliyində yeni partiyanın yaradılması planlaşdırılır.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ola bilsin, Türkiyədə bir yox, bir neçə yeni siyasi partiya yaransın:
“Diqqət edilməli məqam odur ki, bu şəxslər partiya yaradarsa, AKP sıralarında olan şəxslər yeni partiyaya qatıla bilərlər. Bu da təbii olaraq hakim partiyanın sıralarında ciddi parçalanmaya səbəb olacaq. Obyektiv və subyektiv amillərə görə, AKP-nin zəifləməsində maraqlı olan qüvvələr var. Türkiyənin xarici siyasətdə manevr imkanlarını maksimallaşdırması qərb ölkələrinin xoşuna gəlmir. Türkiyədə baş verən bu proseslər həm də ölkə daxilində gedən sosial-iqtisadi proseslərlə bağlıdır”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz