BAKI, 6 may — Sputnik. Tanınmış şair Salam Sarvanın bacısı oğlu öldürülüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Report”a S.Sarvanın özü məlumat verib. O bildirib ki, hadisə mayın 4-də baş verib.
Şairin sözlərinə görə, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qənbərov öldürülüb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə ilə bağlı rəsmi məlumat yayılacaq.