Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Cinsi əlaqə zamanı QİÇS-ə yoluxma təhlükəsi aradan qalxacaq

CC0 / typographyimages / HİVHİV, AİDS, QİÇS, SPİD
HİV, AİDS, QİÇS, SPİD - Sputnik Azərbaycan
Abunə olmaq
Təcrübədə tərəflərdən biri QİÇS olan və digəri virusa qarşı preparat qəbul edən 1000-ə yaxın cütlük iştirak edib

BAKI, 6 may — Sputnik. Antiretrovirus terapiyası QİÇS virusunun insandan-insana keçməsinin qarşısını ala bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, homoseksual cütlüklər arasında aparılan genişmiqyaslı təcrübənin nəticəsində belə qənaətə gəlinib.

Təcrübədə tərəflərdən biri QİÇS olan və digəri virusa qarşı preparat qəbul edən 1000-ə yaxın homoseksual cütlük iştirak edib. 8 il ərzində araşdırmada iştirak edən sağlam iştirakçılardan heç biri virusa yoluxmayıb.

Araşdırmanın rəhbərlərindən biri olan britaniyalı professor Elison Rocers bildirib ki, nəticələr antiretrovirus terapiyasının homoseksual kişilər arasında QİÇS virusunun yayılma şansını sıfıra endirdiyini sübut edir.

Xəbər lenti
0