Poroşenko Ukrayna Prokurorluğuna çağırılır

© © Mikhail Palinchak/Ukrainian Presidential Press Service/Handout via REUTERSPyotr Poroşenko
Pyotr Poroşenko - Sputnik Azərbaycan
Abunə olmaq
Müstəntiqlər Poroşenkonu sabah dindirmək istəyirlər

 

BAKI, 6 may — Sputnik. Ukrayna Baş Prokurorluğu prezidenti Pyotr Poroşenkonu dindirmək niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Ukrainskie Novosti" agentliyi qurumun xüsusi araşdırmalar üzrə idarənin rəisi Sergey Qorbatyuka istinadən xəbər verir.

Poroşenko "Avromaydan"da insanların ölümü ilə bağlı iş üzrə şahid kimi dindiriləcək.

Vladimir Zelenski - Sputnik Azərbaycan
Ukrayna Mərkəzi Seçki Komissiyası Zelenski barədə qərar verdi

Qeyd edirlər ki, müstəntiqlər Poroşenkonu sabah dindirmək istəyirlər.

Prezident, həmçinin 2016-cı ilin noyabr ayında olan sorğu protokolunu da imzalamalıdır.

Xatırladaq ki, daha əvvəl Poroşenko bəyan etmişdi ki, "Avromeydan" zamanı şəxsən ölənlərin nəşinin ərazidən çıxarılmasına, yaralılara yardım edib.

"Avromeydan" Kiyevdə 2013-cü il dekabrın 21-də Ukrayna və Avropa İttifaqı arasında assosiasiya barədə razılaşmanın imzalanmasına hazırlığın dayandırılmasına etiraz olaraq başlamış kütləvi aksiyalar silsiləsinə deyilir. Aksiyaların nəticəsi olaraq prezident Viktor Yanukoviç istefa verib və hakimiyyətə Pyotr Poroşenko gəlib.

Xəbər lenti
0