CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Birinci vitse-prezidentin köməkçisi barədə sərəncam imzaladı

Abunə olmaq
Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib

BAKI, 6 may - Sputnik. Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Ələkbərov Anar Sahib oğlu

“Tərəqqi” medalı ilə

Ağayeva Şəmirə Vahid qızı

Bayramov Azər Novruz oğlu

Əliyeva Gülşən Şəfa qızı

Məmmədov Emin Səlhab oğlu

Məmmədov Soltan Teymur oğlu.

Qeyd edək ki, “Şöhrət” ordeni ilə təltif olunan Anar Ələkbərov həm də Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisidir.

Xəbər lenti
0