CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstan Baş Nazirindən "Keşikçidağ" açıqlaması: “Azərbaycanla çox çətin olacaq”

© Sputnik / Ilham MustafayevAğstafa rayonu ərazisindəki "Keşikçidağ" mağaralar kompleksi
Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Konkret nəticələrin əldə olunması üçün adi praktikadan istifadə ediləcək

BAKI, 6 may — Sputnik. Gürcüstanın Baş Naziri Mamuka Baxtadze hesab edir ki, Gürcüstan - Azərbaycan sərhədində razılaşdırılmayan ərazilərin delimitasiyası və demarkasiyası prosesi mürəkkəb olacaq, lakin son nəticədə uğurlu olacaq. Sputnik Azərbaycan "Georgiainform" nəşrinə istinadən xəbər verir ki, bunu Baş Nazir "İmedi" telekanalının efirində bildirib. 

Elçin Quliyev Ermənistanla sərhəddəki məntəqələrin döyüş fəaliyyətini yoxlayıb - Sputnik Azərbaycan
Dövlət Sərhəd Xidmətinin rəisi Ermənistanla sərhədə yollanıb

Gürcüstan Baş Naziri bildirib ki, məsələnin həlli üçün müvafiq qurumların nümayəndələrindən ibarət xüsusi komissiya yaradılacaq. Lakin konkret nəticələrin əldə olunması üçün adi praktikadan istifadə olunacaq.

"Azərbaycandan olan həmkarlarla birgə işləyəcək komissiyanın heyəti hökumətin növbəti iclasında təsdiqlənəcək", - deyə Baxtadze vurğulayıb.

Qeyd edək ki, aprelin 25-i Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Keşikçidağ monastır kompleksinə girişin məhdudlaşdırılması barədə Gürcüstan mediasında məlumatın yayılmasına münasibət bildirib.

"Xatırlatmaq istərdim ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.

Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır".

Xəbər lenti
0