Elxan Şahinoğlu: “Hələlik bu sanksiyalarABŞ üçün kifayət edəcək”
ABŞ prezidenti Donald Tramp daha əvvəl İrandan neft və neft məhsullarının tədarükünə qoyulan embarqonun müddətini uzadıb.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ İrana qarşı sanksiyaları birtərəfli qaydada tətbiq edir:
“Bəzi dövlətlər bu sanksiyalarla razılaşmırlar. Bu sırada İrana qonşu dövlətlər və Avropanın adını çəkmək olar. Avropa ölkələri bu sanksiyaların əleyhinədir. Düşünmürəm ki, ABŞ Türkiyə və Avropaya İranla əməkdaşlığa görə hər hansı sanksiya tətbiq edəcək. ABŞ-ın öz sanksiyaları belə İrana mənfi təsir edir. Hələlik bu, ABŞ üçün kifayət edəcək”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz