BAKI, 5 may — Sputnik. Şirvan şəhərində inzibati binanın həyətyanı ərazisində 20 m² sahədə plastik tara və borular yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.