CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bullinqə məruz qalan professor: "Bakıda müəllimlərin davranışı məni çox məyus edirdi"

© AFP 2024 / Tolga AkmenKembric Universiteti
Kembric Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
Əcnəbilərlə birgə konfransa qatıldıqda onlar fikrimi dinləyir, hörmətlə yanaşırlar, bizimkilər isə ümumiyyətlə nə dediyimə qulaq asmırlar.

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. 1992-ci ildən başlayaraq hər il mayın 5-ni dünya ictimaiyyəti Əlillərin Hüquqları Uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd edir.

Həmin günü məhdud imkanları olan insanlar 17 Avropa ölkəsində eyni vaxtda əlillərə bərabər hüquqların verilməsi, fiziki, psixi və sensor məhdudiyyətləri olan insanlara qarşı diskriminasiyanın aradan qaldırılması tələbi ilə çıxış ediblər. O vaxtdan sözügedən tədbir ənənəyə çevrilib və hər il mayın 5-də həmin gün bütün dünyada, eləcə də Azərbaycanda qeyd edilir. Azərbaycan fiziki imkanları məhdud olan insanlara qayğı ilə yanaşan ölkələrdən biri olsa da, bunu ümumiyyətlə cəmiyyət haqqında demək çətindir. Çünki hələ də Azərbaycanda fiziki məhdudiyyətləri olan insanlara qarşı xoş olmayan münasibət, diskriminasiya, bullinq  mövcuddur. Onsuz da fiziki məhdudiyyətli insanlar həyata 0-1 hesabı ilə başlayarlar. Çünki onlar başqalarından fərqli olaraq anadan qüsurlu doğulur, yaxud sonradan əlil olur, özünü idarəetmədə, şəxsi təminatında problemlər yaşayırlar. Belələrinin daha çox mənəvi qayğıya, dəstəyə ehtiyacı olur, nəinki diskriminasiya və alçaldılmaya. Etirak edək ki, dünyada Bethoven (dahi alman bəstəkarı Lüdviq van Bethoven - eşitmə qabiliyyətini iyirmi yaşlarından etibarən tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, klassik musiqinin ən möhtəşəm əsərlərini yaradıb - red.) kimi istedadlı şəxslərin sayı az deyil. Azərbaycanda belələri var və onlardan biri də professor Elnur Eyvazovdur.

© Sputnik / Nigar IskanderovaAnadangəlmə 10 faiz görmə qabiliyyəti olan Elnur Eyvazov
Bullinqə məruz qalan professor: Bakıda müəllimlərin davranışı məni çox məyus edirdi - Sputnik Azərbaycan
Anadangəlmə 10 faiz görmə qabiliyyəti olan Elnur Eyvazov

Anadangəlmə 10 faiz görmə qabiliyyəti olan Elnur Eyvazov dünyanın ən aparıcı universitetlərində - Kembric və Oxfordda təhsil alıb. O, bu gün dünyada ən sayılıb seçilən mütəxəssislərdən biridir. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, onun Sputnik Azərbaycan-a müsahibəsini təqdim edirik. 

- Oxuculara özünüz, təhsiliniz haqda bir qədər məlumat verərdiniz...

- Atam mühəndis, anam isə həkimdir. Demək olar ki, ziyalıların ətrafında böyüyüb təhsil almışam. Orta məktəb təhsilimi Bakıdakı 175 nömrəli orta məktəbdə almışam. O zamanlar Azərbaycan dili üzrə təhsildə mənim kimi uşaqlar üçün şərait yox idi. Bu səbəbdən də rus dilində təhsil almalı oldum. Rus dilində isə lazım olan material və kitablar daha çox idi. Lakin bununla belə, məktəbdə oxuyan vaxtlarda çoxlu çətinliklərlə qarşılaşırdım. Təhsil aldığım dövrdə, yəni 90-cı illərdə Azərbaycanda inklüziv təhsil yox idi. Hazırda da məktəblərdə bu problemlər tam həllini tapmayıb.

- Müəyyən qədər görmə məhdudiyyəti olan şəxslər üçün əsas problemlər nədir?

Elina Hacıyevanın anım mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elina Hacıyevanın anım mərasimindən kadrlar

- Bizim kimi şəxslər üçün ən böyük problem məlumatın əldə edilməsidir. Biz adi əlifba ilə yazılan kitabları oxuya bilmirik. O səbəbdən də, mən çalışırdım ki, bütün dərsləri səsləndirərək diktafonun yaddaşına köçürüm. Anam da dərslərimi öyrətmək üçün bu üsuldan istifadə edirdi. Bu gün cəmiyyətdə belə şəxslərə qarşı əsas problemlərdən biri isə cəmiyyətin özünün inklüziv olmamasıdır. Bir neçə dəfə hansısa məsələyə görə dövlət qurumuna müraciət etsəm də, yox cavabı almışam. Hərdən eşidirəm ətrafda deyirlər ki, kimsə pis görürsə, heç nə edə bilməz. Bu yanlış düşüncədir. Artıq 21-ci əsrdə yaşayırıq və texnologiyalar o qədər inkişaf edib ki, hətta gözdən əlil şəxslər digərləri ilə müqayisədə daha məhsuldar çalışa bilərlər. Belə şəxslər üçün digər problemlərdən biri isə Azərbayan dilində ədəbiyyatın çox məhdud olmasıdır.

- Bildiyimə görə, xüsusi məktəbdə təhsil almamısız…

- Valideynlərim xüsusi məktəbdə deyil, hamı ilə birgə təhsil almağımı istədikləri üçün belə qərar vermişdilər. Onlar istəyirdilər ki, bununla mən təhsilimi bitirərək də özümü kimdənsə fərqləndirməyim. Çünki sonradan xüsusi məktəbləri bitirən şəxslərin cəmiyyətə adaptasiyası problemə çevrilir. Təhsil aldığım məktəbdə isə görmə qabiliyyəti zəif olan tək şəxs mən idim. Lakin bütün bu məhdudiyyətlərə, çətinliklərə baxmayaraq, qiymətlərim hər zaman yaxşı olub.

- Məktəbdə sizə qarşı bullinq, alçaltmalar necə, olurdumu?

- Belə hadisələr bütün məktəblərdə olurdu. Mənə qarşı da çox olub. Düşünürəm ki, bütün bunlar ailələrdən, uşaqların düzgün tərbiyə olunmamasından, onların aqressiv və eqoistcəsinə böyümələrindən qaynaqlanır. Məktəbdə hər zaman hiss edirdim ki, mənə yuxarıdan aşağı baxmağa çalışırlar. Fiziki təzyiqlər də olurdu. Sözlə alçatmağa çalışırdılar. Açığı deyim, müəyyən müddətdən sonra mən bu cür davranışlara öyrəşdim. Bununla belə özümü zəif, tərk olunmuş hiss etmirdim. Çünki məktəbli ikən müxtəlif vaxtlarda cüdoya, samboya gedirdim. Mənə təzyiq göstərən bəzi şəxslərin cavabını verirdim. Amma psixoloji sarsıntılar məni tərk etmirdi. Pis görürəm, amma bu o dmeək deyil ki, mən dünyada təkəm. Mənim kimi olanların sayı milyonlarladır.

- Məktəb illərində dost necə, qazana bilmişdizmi?

- Problemlərim olsa da, sosial aktivliyi sevirdim, ünsiyyət qurmağa, kimləsə tanış olmağa çalışırdım. Bununla belə, elə də çox dost qazana bilməmişdim.

- Bəs, müəllimlərin davranışı necə idi?

Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
İki nazirlik Elina Hacıyeva olayı ilə bağlı ilə rəsmi məlumat yaydı

- Müəllim olduğum üçün deməzdim ki, orta məktəbdə mənə dərs verən müəllimlər pis idi. Amma müəllimlərin müəyyən davranışı məni çox məyus edirdi. Onlar mənim kimi biri ilə necə davranmağın lazım olduğunu bilmirdilər. Düzü, düşünürəm ki, bu cür həssas məqamlarda əsas məsuliyyət, yük müəllimin üzərinə düşür. Müəllimdən çox şey asılıdır. Müəllimin mənim kimi şəxslərə münasibəti yaxşı olmadığı halda, uşaqlardan nə gözləyə bilərdim? Universitet mühiti isə çox fərqli idi. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsində təhsil almışam. Dərs aldığım müəllimlər çox dünyagörüşlü idilər. Savadı olan tələbələrlə xoş, həssas davranırdılar. Universitetdə oxuyan ərəfədə təqaüd qazanaraq bir illik Amerikaya getdim. Qərbi Vircinya Universitetində "Siyasi Elmlər və İqtisadiyyat" fakültəsində təhsil aldım. Orada oxuya-oxuya bir neçə təşkilatda çalışaraq praktikadan keçdim. Azərbaycana qayıtdıqdan sonra isə hüquq fakültəsi üzrə təhsilimi başa vurdum. Daha sonra sənədlərimi Kembric Universitetinə verdim. Yer sayı məhdud, rəqabət isə çox olduğu üçün ora qəbul olunacağıma o qədər də ümidli deyildim. Müsahibə mərhələsi, xüsusi testlərdən keçəndən sonra universitet tərəfindən mənə maliyyə dəstəyi ayrıldı. Beləliklə də təqaüd qazandım. Gecə-gündüz oxuyaraq 2006-2008-ci illərdə universiteti fərqlənmə diplomu ilə başa vurdum. Təhsil almaq üçün universitet tərəfindən mənə xüsusi kompüter verildi. O kompüter yazıları avtomatik olaraq səsləndirir, yaxud da səsləri avtomatik olaraq yazıya köçürür. Universitet tərəfindən gözdən zəif olan şəxslər üçün xüsusi skanerlər verildi.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda özünü məktəbin pəncərəsindən atan şagird öldü

- Oxford və digər məşhur universitetlərdə də təhsil almısız. İstəyərdim bu haqda da məlumat verəsiniz.

- 2009-2011-ci illərdə Oxford Universitetində "Hüquq və maliyyə" fakültəsində təhsil almışam. Orada dünyanın 25 məşhur şəxsləri arasında olmuşam. Bundan sonra isə Azərbaycana gələrək "British Petroleum"da çalışmağa başladım. Sonradan isə Kolumbiyanın dünyaca məşhur olan Hüquq Məktəbində ( "Columbia School of Law" ) təhsil aldım. Bu universitetdə Mixail Saakaşvili, Ruzvelt, Barak Obama və digər məşhur şəxslər də təhsil alıb. Bütün xərclərim isə ABŞ Dövlət Departamenti tərəfindən qarşılandı. Universiteti bitirdikdən sonra bir müddət orada işlədim, məşhur şirkətlərdən birində çalışdım. Lakin ölkəyə qayıtmaqla bağlı öhdəliyim olduğundan Azərbaycana döndüm.

- Sizin üçün müəyyən şanslar yaransa da, xaricdə yaşamağa üstünlük verməməyinizin səbəbi nədir?

- Baxmayaraq ki, ətrafımdakıların çoxu xaricə qaçmaq istəyir, amma məndə Azərbaycandan kənarda yaşamağa həvəs olmayıb. Əlilliyi olan şəxslər üçün həyat şəraiti çətin olsa da, cəmiyyətə nəsə fayda vermək üçün burada yaşamağa daha çox üstünlük verdim. Heç zaman günümü işləyib pul qazanmaq, yalnız özüm üçün yaşamağa həsr etmək istəməmişəm. Hər zaman ətrafımdakılara da nəsə qazandırmaq, fayda vermək istəmişəm. Amma mütəmadi olaraq xaricdə dərs demək üçün Azərbaycanı tərk etməli oluram.

- Azərbaycan Diplomatiya Akademiyasında (ADA) fəaliyyətiniz haqda nə deyə bilərsiz? 

Пустой класс - Sputnik Azərbaycan
CƏMİYYƏT
Orta məktəblərdə psixoloq problemi - Hər şeyi onlardan gözləmək düzgündürmü

- Azərbaycana gələndə ADA-nın rektoru Hafiz Paşayevdən işlə bağlı təklif aldım və bunu dəyərləndirdim. Çox dünyagörüşlü şəxs olduğu üçün onunla işləmək istədim. ADA-da "Müxtəliflik, inklüzivlik və bərabər imkanlar" şöbəsinin rəhbəriyəm və orada professor kimi çalışıram. Universitetdə hüquq və biznes üzrə dərslər deyirəm.

- Bəs nə vaxtsa dövlət qurumlarından dəstək almısız?

- Dövlət qurumlarından mənə nəsə verilməyib. Əslində dövlətdən dəstək ala bilərdim. Amma əbəs yer onlara ağız açmaq istəmirdim. Çünki o cür böyük universitetlərin təqaüdünü qazanmışdım. 

- Hazırda 1-ci qrup əlilliyə görə təqaüd alırsınız. Azərbaycann hazırkı şərtlərindən bunu yetərli sayırsız?

- Uşaqlıqdan məni belə böyüdüblər ki, özün öz təminatını qarşıla. Bizim cəmiyyətin, eləcə də əlillərin əsas problemi odur ki, hamı kimdənsə nəsə gözləyir. Bu belə olmamalıdır. İnsanlara necə balıq tutmağı öyrətmək lazımdır. Məni böyütmək valideynlərim üçün çox çətin olub. Onlar çalışıblar ki, hər zaman müstəqil olum. Ona görə deyə bilmərəm ki, onlar hər zaman yanımda olublar. Bunun nəticəsidir ki, mən hazırda MDB məkanında barmaqla sayılacaq hüquqşünaslardan biriyəm. Düşünürəm ki, işləməsəydim, əlilliyə görə aldığım təqaüd yetərli olmazdı. Tez-tez xaricdən müxtəlif dəvətlər alıram. Bu səbəbdən də maliyyə problemlərim yoxdur.

 

- Etiraz etmirsizsə, bir qədər də ailəniz haqda danışaq...

Пончик, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Məktəbli pirojnaya görə öldürüldü

- Ailəliyəm, iki övladım var. Yoldaşım da ali təhsillidir. Universitetdə ona evlilik təklifi edəndə, o, məmnuniyyətlə qəbul elədi. Onun görmə və sağamlığı ilə bağlı digər problemləri yoxdur, xoşbəxtik.

- Sizcə müəyyən fiziki məhdudiyyəti olan şəxslərin qarşılaşdığı problemlər nədən qaynaqlanır?

- Əlillərin psixoloji problemləri əsasən inamsızlıqdan, ailələrindən dəstək almamalarından və təhsilsizlikdən qaynaqlanır. Çünki yaxşı təhsil olmasa, iş imkanları tükənir. Bu cür şəxslərə qarşı ictimai nəqliyyatda da problemlər yaranır. Bizə qarşı kobudluq edən şəxslər də az deyil. Bəzən öz cəmiyyətimizdə məni ciddi qəbul etmirlər. Əcnəbilərlə birgə konfransa qatıldıqda onlar fikrimi dinləyir, hörmətlə yanaşırlar, bizimkilər isə ümumiyyətlə nə dediyimə qulaq asmırlar. Ola bilər ki, bu, bir az da paxıllıqdan irəli gəlir.

- İştirak etdiyiniz beynəlxalq layihələr haqda da məlumat verərdiniz.

- Mütəxəssis kimi Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankının sayılan mütəxəssislərindən olmuşam. Müxtəlif layihələrlə bağlı ekspert kimi çalışmışam. Azərbaycanda isə "Socar Polymer", "Socar carbamide", "TANAP" layihələrində mütəxəssis kimi çalışmışam. "Ligel 500" tərəfindən 2017, 2018 və 2019-cu ilin ən yaxşı hüquqşünası seçilmişəm.

Xəbər lenti
0