Moskvada böyük faciə: 10-dan artıq insan həlak olub, xeyli sayda yaralı var

© REUTERS / TATYANA MAKEYEVAМашины скорой помощи у аэропорта Шереметьево
Машины скорой помощи у аэропорта Шереметьево - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ilə bağlı cinayət işi açılıb

BAKI, 5 may - Sputnik. Moskvanın “Sheremetevo” hava limanından qalxandan sonra “Sukhoi Superjet 100” sərnişin təyyarəsindən yanğın baş verib. Nəticədə təyyarə məcburi eniş edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfərdən artıq sərnişin həlak olub, 6 nəfər yaralanıb. Rusiya KİV-lərinin yaydığı məlumata görə, təyyarədə 73 sərnişin və 5 ekipaj üzvü olub.

Qeyd edək ki, Sheremetevo hava limanında təcili eniş edən “Aeroflot”a məxsus təyyarə Moskvadan Murmanskə uçurmuş. Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü ("Yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatı ilə bağlı qaydaların pozulması, iki və daha çox şəxsin səhlənkarlığı ilə nəticələnməsi") maddəsilə cinayət işi başlanılıb.

Xəbər lenti
0