Qasırğa 8 nəfərin ölümünə səbəb oldu

© AP PhotoHindistanın Orissa ştatında güclü qasırğa
Hindistanın Orissa ştatında güclü qasırğa - Sputnik Azərbaycan
Abunə olmaq
Qasırğadan gecəqondu tipli evlər, köhnə binalar və səyyar satıcılar, elektrik və telefon xəttləri ciddi zərər görüb

BAKI, 4 may — Sputnik. Hindistanda saatda 180 kilometr sürətlə Orissa ştatının Puri bölgəsinə çatan Fani qasırğası 8 nəfərin ölümünə səbəb olub.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Hindistan hökumətinin mətbuat katibi Sitanşu Kar öz "twitter" səhifəsində qasırğadan 1600 nəfərin xəsarət aldığını yazıb.

Kar qeyd edib ki, qasırğadan gecəqondu tipli evlər, köhnə binalar və səyyar satıcılar, elektrik və telefon xəttləri ciddi zərər görüb.

Orissa ştatının Xüsusi Yardım Komissiyasının rəhbəri Bişnupada Sethi verdiyi açıqlamada vurğulayıb ki, dəyən zərər həddən artıq çoxdur. Qasırğadan yollara da zərər dəyib.

Digər tərtəfdən Hidrometeorogiya İdarəsi qasırğanın gün ərzində tropik fırtınaya çevrildiyini bildirib.

 

Xəbər lenti
0