CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Açıq səma altında muzey

© Sputnik / Nigar IskanderovaYasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzən varlı ailə üzvünin məzarı üçün dəbdəbədən çox sadəliyə üstünlük verildiyi halda, kasıb bu daşların daha da cah-cəlallı görünməsi, fərqlənməsi ilə təskinlik tapır, məzarın ətrafına kristal daşlar döşəyir

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 10 aprel — Sputnik. Bura gələndə hər kəsin statusu eyni olur. Varlı da, kasıb da, dilənçi də, milyonçu da eynidir - mərhum. 

© Sputnik / Nigar IskanderovaYasamal qəbiristanlığı
Açıq səma altında muzey - Sputnik Azərbaycan
Yasamal qəbiristanlığı

Yasamal qəbiristanlığı Bakının ən "dəbdəbəli" məzarlıqlarından biri hesab oluna bilər. Sükuta qərq olmuş, kol-koslu cığırlardan keçdikcə qarşımıza çıxan bir-birindən fərqli üslubda ucaldılan qəbirüstü abidələr, heykəllər, sinə daşları, yaxud da məzarlığın qarşısındakı oturacaqlar, üzəri qıfıllı sandıqçalar belə bir fikir irəli sürməyə əsas verir. Amma dünya fani olduğu kimi, qəbirüstü abidələr, daşlar da aldadıcı olur. Bəzən bu qəbirlərdən kimin varlı, kimin isə kasıb olduğunu müəyyənləşdirmək mümkün olmur. Görürsən ki, varlı ailə üzvünün məzarı sadəliyi ilə seçildiyi halda, kasıb ailə üzvünün qəbirüstü abidəsi cah-cəlallı görünüşü ilə diqqəti özünə cəlb edir. İnsanlar sanki qəbir daşlarını dəbdəbəli və əzəmətli düzəltdirməklə təskinlik tapırlar. Elə sözügedən qəbiristanlığın mollası Əli Əliyev də belə deyir. Onun sözlərinə görə, bəzən dünyadan köçən şəxsin yaxınları olan-qalan pulunu bu məzarlıqlara tökür. Molla hesab edir ki, bu, düzgün hərəkət deyil: "Əslində qəbir daşlarının sadə olması daha məqsədəuyğundur. Müqəddəs kitabımız "Qurani-Kərim"də də belə buyurulur ki, qəbir daşının üzərində şəkil olmamalıdır. Amma buradakı qəbirlərin əksəriyyətində şəkillərin olduğunu görürsüz. Bəzən övladını vaxtsız itirən ata-analar qızını gəlin köçürmək üçün yığdığı xərci onun dəfn mərasiminə və yaxud da bir məzar daşına xərcləyir. Övladı nakam köçdüyü üçün valideynin ürəyində böyük nisgil, qəm-kədər qalır. Yalnız qəbir daşını dəbdəbəli düzəltdirməklə özünü ovundurmağa çalışır".

© Sputnik / Nigar IskanderovaYasamal qəbiristanlığı
Açıq səma altında muzey - Sputnik Azərbaycan
Yasamal qəbiristanlığı

Qəbiristanlığı gəzdikcə diqqətimizi çəkən maraqlı məqamlardan biri isə yeni məzarların ötən əsrə aid məzarlardan fərqlənməsidir.

Qəbiristanlıqdakı ən qədim məzar 1938-ci ilə aiddir. Müqayisə edəndə, məzarların illər ötdükcə daha dəbdəbəli olması, üzərinin, ətrafının bağlandığı nəzərə çarpır. Bu da insanların qəbirlərə münasibətinin ötən əsrdən indəyədək necə dəyişdiyini müəyyənləşdirməyə imkan verir.

Kol-kosun arasında cavan gəlinlərin, gənc anaların, birgə dəfn edilən sevgililərin, körpə uşaqların məzarlarını görmək olar. Bura həm də ölkənin ən tanınmış simalarının, sənət adamlarının son mənzilidir. "Əhməd haradadır?" filminin baş qəhrəmanı Siyavuş Şəfiyev, tanınmış aktyor Eldəniz Zeynalovun, bir sıra filmləri, o cümlədən də "Arşın mal alan" filmində oynadığı obrazla şöhrət qazanan aktyor Tələt Rəhmanovun da axırıncı ünvanı buradır. 

© Sputnik / Nigar IskanderovaYasamal qəbiristanlığı
Açıq səma altında muzey - Sputnik Azərbaycan
Yasamal qəbiristanlığı

Kimisi burada vaxtsız həyatdan köçmüş valideyninə xatirə lövhəsi qoydurmaqla kifayətlənib, kimi də ata-anası üçün qəbir üzərində böyük bir heykəl ucaltdıraraq onun üstünü və ətrafını bağlatdırıb.

Bəzi ölkələrdə məzar daşları, başdaşı vasitəsilə ölənin kimliyi haqda daha çox məlumat almaq mümkün olur. Bu adət-ənənə bizdə də geniş yayılmağa başlayıb. Ailəsi dənizçinin məzarı üzərinə axan suların, gəminin əsas nişanlarını həkk etdirməklə onun peşəsi haqda məlumat vermiş olur. "Kriminal avtoritet" olduğu söylənilən şəxslərin məzarı üzərində isə müxtəlif növ silah şəkillərə rast gəlmək mümkündür.

Ata-ana və övladlarının uyuduğu məzarlıq isə buradakı ailə qəbirlərinin ən dəhşətlisi hesab edilə bilər.

Burada bütöv ailə üçün öncədən ayrılan yerləri də görmək mümkündür. Məsələn, bir ərazidə hələ dünyadan köçməmış şəxslər üçün ayrılan 6 məzar yeri var. Molla Əli Əliyev deyir ki, qəbiristanlıqda öncədən ayrılmış yerlər var. Həmsöhbətimiz belə yerlərin satılmadığını deyir.

© Sputnik / Nigar IskanderovaYasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
1/4
Yasamal qəbiristanlığı
© Sputnik / Nigar IskanderovaYasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
2/4
Yasamal qəbiristanlığı
© Sputnik / Nigar IskanderovaYasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
3/4
Yasamal qəbiristanlığı
© Sputnik / Nigar IskanderovaYasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
4/4
Yasamal qəbiristanlığı
1/4
Yasamal qəbiristanlığı
2/4
Yasamal qəbiristanlığı
3/4
Yasamal qəbiristanlığı
4/4
Yasamal qəbiristanlığı

"Artıq alınmış və hələlik boş qalan belə yerlərdən başqa qəbiristanlıqda əlavə yer yoxdur" – deyə həmsöhbətimiz qeyd edir.

Əzizləri isə orada uyuyanları ara-sıra ziyarət edirlər. "Çoxdan ölənlər var ki, qəbri çox nadir hallarda ziyarət edilir. Elələri də var ki, yaxınları bayramdan-bayrama ildə bir neçə dəfə gəlib ziyarət edirlər" – Ə.Əliyev deyir.

Burada bir-birindən fərqli büstləri, ərəb əlifbası ilə yazılmış, yaxud da üzərində heç nə yazılmayan qəbirləri, solmuş buketləri, boş oturacaqları, sandıqçaları də görmək mümkündür. Bir sözlə, Yasamal qəbiristanlığını açıq səma altında sənət muzeyinə də bənzətmək mümkündür. Çünki buradakı qəbirüstü abidələrin hər biri özü-özlüyündə bir sənət nümunəsidir... 

P.s. Prezident İlham Əliyev bu günlərdə Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib. Həmin maddəyə əsasən, Azərbaycanda dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. 

Xəbər lenti
0