CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkünlərin iş tapması üçün addım atılacaq

© Sputnik / Irade JELILMəcburi köçkünlərin məskunlaşdığı Suraxanı kənd 1 saylı texniki peşə məktəbi
Məcburi köçkünlərin məskunlaşdığı Suraxanı kənd 1 saylı texniki peşə məktəbi - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası olacaq

BAKI, 4 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə aktiv məşğulluq tədbirləri davam etdirilir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, növbəti belə tədbir kimi, gələn həftə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək.

Rayonda məcburi köçkünlər üçün inşa olunmuş  yeni yaşayış kompleksində təşkil olunacaq yarmarkada işsiz və işaxtaran şəxslərə  özəl və dövlət müəssisələrində olan vakant iş yerləri təqdim ediləcək. Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi layihələr barədə də məlumatlar veriləcək. Ümumilikdə yarmarkada 70-dək müəssisənin iştirak edəcəyi gözlənilir.

Əmək yarmarkasının keçirilməsində əsas məqsəd həssas kateqoriyalardan olan məcburi köçkünlərin məşğulluğuna dəstək göstərməkdir.

Xəbər lenti
0