BAKI, 4 may — Sputnik. Floridada Boeing 737 sərnişin təyyarəsi eniş zamanı uçma-eniş xəttindən çıxaraq çaya düşüb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Ceksonvil hərbi-dəniz bazasından məlumat verilib. Qeyd edilib ki, kommersiya təyyarəsi suyun səthində qaldığı üçün içərisinə su dolmayıb. "Bütün insanlar sağdır. 21 nəfər xəstəxanaya çatdırılıb. Ağır xəsarət alan yoxdur" - deyə şəhər şerifinin məlumatında deyilir.
Təyyarənin göyərtəsində 143 nəfər olub. Onlardan 136 nəfəri sərnişin, 7 nəfər isə heyət üzvü olub. Hadisə zamanı ölüm halı qeydə alınmayıb. Miami Air şirkətinə məxsus təyyarə Kubadan Floridaya uçurmuş. Təyyarə hərbçiləri, onların ailə üzvləri və Quantanamonun digər ziyarətçilərini Floridaya gətirib, geri qaytarır.
Boeing şirkətindən bildirilib ki, Ceksonvildə baş verən hadisədən xəbərdardırlar və bu barədə informasiya toplayırlar.