BAKI, 4 may — Sputnik. Şimali Koreyada qida ehtiyatlarının azalması ilə əlaqədar olaraq 10 milyon şəxs, yəni, ölkə əhalisinin 43 faizi aclıqdan əziyyət çəkir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, BMT bu haqda hesabat yayıb.
Hesabatda qeyd olunub ki, çeşidlərin azalması ailələri daha az qida ilə qidalanmağa, az yeməyə məcbur edir: “Xüsusən də hamilə qadınlar və süd verən analar üçün bu böyük bir bəlaya çevrilib”.