CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident cəmiyyətin daha bir arzusunu həyata keçirdi - Şad xəbər

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidУрок в специальной (коррекционной) образовательной школе-интернате
Урок в специальной (коррекционной) образовательной школе-интернате - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı çox mühüm sərəncam imzalayıb

BAKI, 3 may — Sputnik. Prezident İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

Əlil arabaları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əlilliyi olan işçilərə məzuniyyət istəklərinə uyğun vaxtda verilə bilər

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Xəbər lenti
0