Xəbərdarlıq: Hava dəyişir, leysan yaxınlaşır

© Sputnik / Shahperi AbbasovaZaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
Zaqatala rayonunda  bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb - Sputnik Azərbaycan
Abunə olmaq
Temperatur aşağı düşəcək, meteohəssas insanlar diqqətli olsunlar

BAKI, 3 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, əsasən, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. 

Дождь в Баку - Sputnik Azərbaycan
Bakının yağışlı bir günündən - FOTOLAR

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında mayın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə: Mayın 4-də Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi fonunda ötən günlə müqayisədə temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Xəbər lenti
0