BAKI, 3 may — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Dəniz Qoşunları Komandanlığında FETÖ-yə (Fətullahçı Terror Təşkilatı) qarşı əməliyyat həyata keçirilib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, barələrində həbs qətimkan tədbiri seçilən 30-a yaxın şəxs saxlanılıb.
Ankara Prokrorluğunun məlumatına görə, 14-ü hələ də vəzifədə olan 29 hərbçidən 26-sı tutulub. Bu şəxslərdən birinin polkovnik olduğu, digərlərinin isə nisbətən kiçik rütbələrə sahib olduğu bildirilir.