CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlilliyə görə ayrıseçkiliyə yol verilməsi qadağan edilir - Hüquqşünas danışır

Abunə olmaq
Əlil Təşkilatları İttifaqının İdarə Heyətinin üzvi, hüquqşünas Mayis Əliyev deyir ki, yeni hazırlanmış qanun layihəsində BMT-nin etdiyi tövsiyələr və iradlar aradan qaldırılıb
Mayis Əliyev: “Yeni qanunvericilik aktında ayrıseçkilik edilməsi qadağan edilir”

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Azərbaycanda əlillərin hüquqlarının müdafiəsi probleminə həsr olunmuş tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Əlil Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü, hüquqşünas Mayis Əliyev bildirib ki, Azərbaycan əlilliyi olan şəxslərin hüquqlarının müdafiə olunması ilə bağlı geniş miqyaslı layihələr gerçəkləşdirir:

“Bunlardan ən əsası Azərbaycanın BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulması və onun əsasında yeni qanunvericilik aktının qəbul olunmasıdır. Yeni hazırlanmış qanun layihəsində BMT-nin etdiyi tövsiyələr və iradlar aradan qaldırılıb. Bundan başqa bir neçə qanunvericilik aktları da qəbul olunub ki, onlar da əlilliyi olan şəxslərin hüquqlarının qorunmasını özündə ehtiva edir. Yeni qanunvericilik aktında əlilliyin dərəcəsinə görə hər hansı ayrıseçkiliyə yol verilməsi qadağan edilir”.

Hüquqşünasın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0