CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlilliyi olan şəxslərin Azərbaycanda güzəranı nə dərəcədə dəyişəcək?

Abunə olmaq
Mayın 5-i Əlillərin Hüquqları Uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. Bu münasibətlə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində əlilliyi olan şəxslərin hüquqlarının qorunması məsələləri müzakirə olunub.

Müzakirədə Azərbaycan Əlil Təşkilatları İttifaqının vitse-prezidenti Ayaz Hüseynov və İttifaqın idarə heyətinin üzvü, hüquqşünas və professor Mayis Əliyev iştirak ediblər.

Ayaz Hüseynov İttifaqın apardığı işlərdən danışıb. Onun sözlərinə görə, İttifaq tərəfindən atılan addımların əsas məqsədi əlilliyi olan şəxslərin daha keyfiyyətli müalicəsi və onlara qarşı diqqətin artırılmasıdır. 

Mayis Əliyev isə əlilliyi olan şəxslərin hüquqlarına həsr edilmiş yeni Qanun Layihəsindən söz açıb. Onun fikrincə, Azərbaycan bu şəxslərin hüquqlarının təmin edilməsi sahəsində bir çox nailiyyət əldə edib: “Buna baxmayaraq, üzərində çalışmalı olduğumuz problemlər də hələ mövcuddur. Bunların arasına sosial infrastrukturun əlillər üçün hələ də, tamamilə əlçatan olmaması, inklüziv təhsildə bir sıra əlilliyi olan şəxslərin, tamamilə təhsil sistemindən kənarda qalması, məşğulluğun təmin edilməsi problemləri aiddir. Yeni qanun proqramının bu məsələləri həll etməsi gözlənilir”.

Xəbər lenti
0