BAKI, 2 may - Sputnik. Mərkəzi Bankın bu günə açıqladığı rəsmi dollar/manat məzənnəsi mayın 1-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9053 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0263 manatda qalıb.
1 Türkiyə lirəsi isə 0,2849 manata geriləyib.
Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Bankdan bildirilib.
Mayın 1-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9070 manata, 1 Rusiya rublu 0,0263 manata, 1 türk lirəsi isə 0,2850 manata bərabər idi.