CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qoçaq" qardaşlar qadını hədələyib qızılını mənimsədilər

© Sputnik / Rahim MuradovMəhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsi
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb

BAKI, 2 may — Sputnik. Binəqədi rayonu Abay Kunanbayev küçəsi 22 ünvanında paytaxt sakini X.Əhmədovaya qarşı quldurluq edilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, naməlum şəxslər qadına binanın girişində hücum edərək onu bıçaqla qorxudub, boynundakı 40 qramlıq qızıl boyunbağısını ələ keçiriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi hadisəyə çevik reaksiya verilib. Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan qısa zamanda saxlanılaraq istintaqa təqdim ediliblər.

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Tanınmış jurnalist və sayt rəhbəri həbs olunub

Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar qadını paytaxtda yerləşən iri ticarət mərkəzlərindən birində gördükdən sonra onu izləməyə başlayıblar. Binəqədi rayonu ərazisində isə ona quldur basqını edərək qızıl boyunbağısını ələ keçiriblər.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Ruslan və Nurlan Həsənzadələr barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0