CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda tikinti şirkəti ağaclara qənim kəsilib

© pixabay / MariaKəsilmiş ağaclar, arxiv şəkli
Kəsilmiş ağaclar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 4740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib

BAKI, 2 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Dənizkənarı bulvar ərazisində köküstə yaş 7 şam ağacının kəsildiyi aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, araşdırma zamanı ağacların "Əmioğulları-4" MMC tərəfindən yaşayış binasının tikintisi ilə bağlı aparılan qazıntı işləri zamanı kəsildiyi müəyyən olunub.

Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 4740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib.

Xəbər lenti
0