BAKI, 2 may - Sputnik. Bakıda “Toyota Land Cruiser” markalı avtomobilin bir neçə maşını əzməsinin təfərrüatı məlum olub. Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, sürücü artıq saxlanılıb və barəsində araşdırma aparılır.
Qeyd olunub ki, sürücü sərxoş vəziyyətdə "Toyota Land Cruiser" markalı, 10 MV 984 dövlət nömrə nişanlı həmin avomobili idarə edərək özü ilə barəbər 7 avtomobili əzib: "Maşın işlək vəziyyətdə dayandığı yerdə ağır dərəcəli sərxoş olan qonşu yaxınlaşaraq sükan arxasına keçib və belə bir hadisə törədib. Hazırda Binəqədi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar davam etdirilir".
Xatırladaq ki, hadisə zamanı yaşayış binasının qarşısında park edilmiş avtomobillərin arasında biri qəfildən hərəkət edib. Sürücü avtomobili qabağa-dala verib, qəfildən sürərək dayanmış avtomobiləri əzməyə başlayıb. Daha sonra isə heç nə olmamış kimi avtomobildən düşərək gedib.