Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

© REPORTV Dünya Mədəniyyətlərarası Dialoq Forumu
V Dünya Mədəniyyətlərarası Dialoq Forumu - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Forumun açılışında iştirak edir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, mayın 2-3-də baş tutacaq tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.

Forum "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" mövzusuna həsr edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Dövlət başçısı mərasimdə nitq söyləyib. 

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Sputnik Azərbaycan
İlham Əliyev Azərbaycan vətəndaşlarını əmin etdi

V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Miguel Moratinos, UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin, İSESKO-nun Baş direktoru Osman Əbdüləziz Əl – Tüveycri Avropa Şurası Baş katibinin müavini Qabriella Battaini Draqoni Azərbaycana gəliblər.

İki gün davam edəcək forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək. Bundan başqa, forumda mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qananın Xarici İşlər naziri Şirli Botçvey, Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa, Qambiyanın Xarici İşlər naziri Mamadou Tanqara, Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının Mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin Mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının Mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin İnformasiya və Gənclərlə iş naziri Mohammad Naser Abdullahi Aljabri, Monteneqronun Daxili işlər naziri Mevludin Nuhociç, Myanmanın Təhsil naziri Myo Thein Gyi iştirak edir.

Bundan əlavə, forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edir.

Xəbər lenti
0