BAKI, 1 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 "qaynar xətt"inə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.