CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyi yayılan videoya aydınlıq gətirdi

© Sputnik / Murad OrujovTəhsil Nazirliyinin binası, arxiv şəkli
Təhsil Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb" - NAZİRLİK

BAKI, 1 may — Sputnik. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov "Facebook" profilində yayılan videoyla bağlı məlumat paylaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, C.Valehov qeyd edib ki, bəzi saytlarda Biləsuvar şəhər məktəb-liseyi ilə bağlı yayılan video görüntü 25 aprel tarixinə aiddir: "Belə ki, K. Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə nazirliyin müvafiq komissiyası mart-aprel aylarında məktəb-liseydə xidməti araşdırma aparıb, məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Əzizovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib".

"Bununla bağlı komissiyanın rəyinə əsasən Natəvan Əzizova barədə müvafiq intizam tənbehinin tətbiq edilməsi və məktəb-liseyə yeni direktorun təyin olunması qərara alınıb. Təhsil nazinin əmri ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində coğrafiya müəllimi vəzifəsində çalışan, habelə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi və monitorinqi qrupunun eksperti Mehman Əliyev həmin məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib. Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb" - deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

O qeyd edib ki, hazırda internat-məktəbində təlim-tərbiyə prosesi öz axarı ilə davam edir.

Xəbər lenti
0