CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın məşhur diktoru dünyasını dəyişdi

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidTelevizor ekranı, arxiv şəkli
Televizor ekranı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan televiziyasının tanınmış diktoru, respublikanın əməkdar artsiti Natəvan Hacıyeva dünyasını dəyişib

BAKI, 1 may — Sputnik. "AzTv"nin tanınmış diktoru Natəvan Hacıyeva dünyasını dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə diktorun yaxınları "Facebook"da məlumat yayıb.

© ONAAzərbaycanın əməkdar artisti, diktor Natəvan Hacıyeva
Azərbaycanın məşhur diktoru dünyasını dəyişdi - Sputnik Azərbaycan
Azərbaycanın əməkdar artisti, diktor Natəvan Hacıyeva

Qeyd edək ki, 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.

O, ömrünün 56 ilini milli televiziyamıza həsr edib. Allah rəhmət eləsin...

Xəbər lenti
0