CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şadlıq saraylarını çətin günlər gözləyir, lakin yenə də kimsəyə güzəşt olmayacaq

© pixabay / grupa5dŞadlıq sarayı
Şadlıq sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
Toyların restoran rəhbərlərinə sərf etməyən adət-ənənələri unudulur

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Bu il Ramazan ayı toylar üçün ən durğun zaman hesab edilən may ayına təsadüf edir. Bir çoxları bu ayda, oruc tutulan günlərdə toy etmirlər. Amma bununla belə, toy tədarükü daha ucuz başa gəlsin deyə, mayı, Ramazan ayını gözləyənlər də az deyil. 

 Azərbaycan müsəlmanları  bayram namazı qılıblar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda Ramazan təqvimi açıqlandı

Sputnik Azərbaycan-ın əməkdaşı toy bazarında bu cür şəxslər üçün hansı təkliflərin olub-olmamasını öyrənmək üçün paytaxtın bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb.

Paytaxtın ən məşhur restoranları digərləri ilə müqayisədə qiymətlərdə heç bir endirim etmək fikrində deyil. Bir neçə belə bahalı restorandan bildirilib ki, qiymətlər stabil qalacaq, may ayına və Ramazan bayramına görə hansısa endirim, güzəşt olmayacaq.

Görünən budur ki, toyların digər "adət-ənənəsi" də artıq tarixə qovuşub. Belə ki, restoranların rəhbərlikləri ötən illərdə olduğu kimi, artıq bəy-gəlinə "bal ayı" üçün xüsusi gəzinti paketi, mebel, cehiz, qızıl üzük hədiyyə etməyəcək.

"Artıq bu adət-ənənələr köhnəlib. Daha belə şeylərə ehtiyac yoxdur" - deyə həmin restoranlardan qeyd olunub.

Apardığımız sorğu zamanı bəlli oldu ki, may ayında bir çox restoranlarda, hər hansı bir tarixə toy təyin olunmayıb.

150 nəfərlik zallarda bir nəfərlik menyunun qiymətini də öyrənməyə çalışdıq. Bir nəfərlik menyunun qiyməti restorandan asılı olaraq 60-200 manat arasında dəyişir. Restoranlarda bəzi menyuların baha olmasının səbəbini isə içki çeşidinin bol olması ilə izah etdilər.

Ortaya çıxan həqiqət ondan ibarətdir ki, bazardakı durğunluğa baxmayaraq, şadlıq saraylarının rəhbərləri xüsusi güzəştli kampaniyalar təklif etməkdə maraqlı deyillər.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür. Ramazan bayramı isə iyunun 5-6-na təsadüf edir.

Xəbər lenti
0