Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazir şagirdin ölümünə görə direktoru işdən çıxardı

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ilə bağlı məktəbin 2 şagirdi şübhəli qismində nəzarətə götürülüb

BAKI, 1 may — Sputnik. Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə, təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Xatırladaq ki, bu il fevralın 21-də, təxminən, saat 12:00 radələrində 123 saylı orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğluna sinif yoldaşları xəsarət yetirib. Şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Martın 15-də şagird vəfat edib.

Hadisə ilə bağlı məktəbin 2 şagirdi şübhəli qismində nəzarətə götürülüb.

Xəbər lenti
0