Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı beynəlxalq film festivalında "ən yaxşı aktrisa" nominasiyasının qalibi olub

© ГРАНАТОВЫЙ САД / AZERBAIJANFILM, BUTA FILMКадр из фильма "Гранатовый сад"
Кадр из фильма Гранатовый сад  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı aktrisa müsəlman kinosunun ən yaxşı qadın rolu ifaçısı seçildi

BAKI, 1 may — Sputnik. "Nar bağı" filmində oynayan azərbaycanlı aktrisa İlahə Həsənova XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalında "Ən yaxşı tammetrajlı oyun filmləri aktrisası" nominasiyasının qalibi olub.

Bu barədə Sputnik Azərbaycan-a filmin rejissoru İlqar Nəcəf məlumat verib.

"Nar bağı" Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiya və "Buta Film" kino şirkətinin birgə istehsalıdır.

Bu ekran əsərinin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

"Nar bağı" bir ailənin tarixindən bəhs edən dramdır. Baş qəhrəman 12 ildən sonra ailəsinin yaşadığı doğma evə qayıdır. Lakin burada heç nəyin əvvəlki kimi olmadığını görür.

Bu film əvvəllər Bolqarıstan, Türkiyə, İran, Almaniya, Belarus, Avstraliya, Qazaxıstan, Çexiya, ABŞ, Tacikistan və digər ölkələrdə uğurla nümayiş etdirilib.

2017-ci ildə "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" kino mükafatına namizəd göstərilib.

2005-ci ildən etibarən hər il keçirilən Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalı bu il aprelin 24-dən 30-dək davam edib. Festivalın müsabiqə proqramında 31 ölkədən 55 film yer alıb.

Xəbər lenti
0