CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırx beş minə yaxın vətəndaş kompensasiya alıb, kartı olanlar isə...

© Sputnik / Murad OrujovAzərbaycan manatı və kalkulyator, arxiv şəkli
Azərbaycan manatı və kalkulyator, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gündən etibarən 500 manatdan artıq kompensasiya məbləği olan şəxslər “Azərpoçt” MMC-nin respublika üzrə 77 şöbəsinə yaxınlaşaraq kart vasitəsi ilə vəsaitlərini geri ala biləcəklər

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Bu gündən etibarən devalvasiyadan sonra zərərçəkmiş və kompensasiya məbləği 500 manatdan yuxarı olan şəxslər kartla vəsaitlərini geri ala biləcəklər.

“Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlovanın Sputnik Azərbaycan-a bildirdiyinə görə, aprelin 22-dən etibarən kompensasiya məbləği 500 manatdan aşağı olan vətəndaşlar “Azərpoçt” MMC-nin bütün şöbələrinə yaxınlaşaraq vəsaitlərini nağd formada ala biliblər: "Bu günədək kompensasiya məbləği 500 manatdan aşağı olan 44 min 977 vətəndaş “Azərpoçt” vasitəsi ilə problemli kreditlərlə bağlı ayrılan vəsaitini geri alıb. Son 9 gündə 11 milyon 721 min 172 manat nağd vəsait vətəndaşlara təqdim edilib. Mayın sonunadək proses bitməlidir. Lakin bu o demək deyil ki kartını və vəsaitini ala bilməyən vətəndaş bundan sonra onu nağdlaşdıra bilməyəcək. Kartını əldə edən vətəndaşlar 1 il müddətində kompensasiya məbləğini nağdlaşdıra biləcəklər. Kartın istifadə müddəti bitdikdən sonra isə vətəndaş həmin vəsaitin nağdlaşdırılması üçün yeni kart açmalı və buna görə rüsum ödəməli olacaq”.

Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhid ailələrinin bank krediti ilə bağlı mühüm qərar verildi

O bildirib ki, bu gündən etibarən 500 manatdan artıq kompensasiya məbləği olan şəxslər “Azərpoçt” MMC-nin respublika üzrə 77 şöbəsinə yaxınlaşaraq kart vasitəsi ilə vəsaitlərini geri ala biləcəklər. Artıq kartların verilməsi prosesinə başlanılıb. Bu saatadək mərkəzi şöbədə 300 kart vasitəsi ilə bu əməliyyat həyata keçirilib. Bunun  üçün vətəndaşdan tələb olunan  şəxsiyyət vəsiqəsi, onun sürətidir. Bunları təqdim etməklə vətəndaş pin kodu və kartını təhvil ala biləcək. 

G.Gözəlova SMS almayan vətəndaşların da narahatlığına son qoyub: “Bağlanan banklar və bank olmayan kredit təşkilatlarının müştəriləri təərfindən bizə dəfələrlə belə zənglər daxil olur ki, onların telefonlarına SMS gəlməyib. Biz isə “aktiv” və “deaktiv” olan bütün nömrələrə SMS göndərmişik. Vətəndaşların rahatlığı üçün özümüzün rəsmi internet portalımızda (azerpost.az) “Problemli kreditinizə düşən kompensasiya məbləği” başlıqlı bir bölmə yaratmışıq. Burada vətəndaş pin kodunu və şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaqla ona lazım olan informasiyalar haqda ətraflı məlumat əldə etmiş olur. Bundan başqa, hansısa problem yaranarsa, bizim 166 çağrı mərkəzimizə zəng etmələrini tövsiyə edirik”. 

“Kredit götürən şəxsin vəsaitini ödəyən zamin, yaxud həmin müddətdə kredit götürən və artıq dünyasını dəyişən, yaxud da ona kompensasiya düşən, lakin xaricdə yaşayan bir şəxslərə görə də müraciətlər alırıq. Bu hallar da qanunla tənzimlənir. Belə olan halda rəsmi sənədlə “Azərpoçt”MMC-nin şöbələrinə müraciət etmək lazımdır” – deyə “Azərpoçt” MMC-nin rəsmisi əlavə edib. 

Xəbər lenti
0