BAKI, 30 aprel — Sputnik. İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Milanda xəstəxanaya aparılıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Qeyd olunur ki, o, təcili tibbi yardım maşınında San-Raffaeledəki xəstəxanaya çatdırılıb.
Onun xəstəxanaya aparılma səbəbi açıqlanmır.
Qeyd edək ki, daha əvvəl Berluskoni tibbi müayinədən keçib və onun sağlamlığı üçün heç bir təhlükə aşkarlanmayıb.