CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərişıq" bu dəfə də bu qəsəbə sakinlərindən üzr istədi

© pixabay / PavlofoxЧеловек зажигает свечу в темноте, фото из архива
Человек зажигает свечу в темноте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti abonentlərdən üzr istədi

BAKI, 30 aprel — Sputnik. 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq bəzi ərazilərdə işığın verilişi dayandırılacaq.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün saat-11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evlərində işığın verilişi məhdudlaşdırılacaq. Eyni zamanda da 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

Xəbər lenti
0