BAKI, 30 aprel — Sputnik. Venesuela rəhbərliyi müxalifətlə bağlılığı olan kiçik qrupdan ibarət hərbçilər tərəfindən həyata keçirilən hərbi çevrilişin yatırılması üçün addımlar atır. Sputnik Azərbaycan xəbər verir ki, bunu öz "Twitter" səhifəsində Venesuelanın informasiya naziri Xorxe Rodriqes bildirib.
Bu arada, Venesuela müxalifətinin lideri Xuan Quaydo Nikolas Maduro rejiminin devrilməsinə yönələn "Azadlıq" əməliyyatının yekun fazasının başladığını bəyan edib.
Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib.
— Jorge Rodríguez (@jorgerpsuv) 30 апреля 2019 г.
Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.