“Azərbaycan artıq dünyəvi sistemi seçmiş və avrointeqrasiya prioritet istiqamət kimi müəyyənləşdirmiş dövlətdir”. Bunu Sputnik Azərbaycan-a Azərbaycan və Avropa İttifaqı arasında imzalanması gözlənən sazişin strateji önəmi haqqında danışarkən politoloq Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, imzalanacaq saziş hər iki tərəf üçün əhəmiyyət kəsb edir:
“Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətlərdən biridir. Buna görə də Avropa ölkələri Azərbaycanın necə strateji əhəmiyyət daşıdığını yaxşı başa düşür. Eyni zamanda avrointeqrasiya xəttini götürmüş, böyük enerji layihələrinin müəllifi olan Azərbaycan üçün də bu saziş xüsusi əhəmiyyət daşıyır. Sazişin imzalanması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz