SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyana gözlənilməz zərbə: İyun onun "son ayı" ola bilər

© Sputnik / Asatur YesayantsПредседатель Бюро партии АРФД Армен Рустамян на пресс-конференции (29 января 2019). Еревaн
Председатель Бюро партии АРФД Армен Рустамян на пресс-конференции (29 января 2019). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
"Daşnaksutyun" partiyası Paşinyan hökumətini istefaya göndərməyə hazırlaşır

BAKI, 30 aprel — Sputnik. Ermənistanın "Daşnaksutyun" partiyası Ermənistan hökumətinə etimadsız votumu prosesinə başlamaq niyyətindədir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Qraparak" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, partiya hesab edir ki, bu ilin may-iyun aylarında dövlət idarələrinin optimallaşdırılması, "Qazprom Ermənistan", "Ermənistan Elektrik Şəbəkələri" şirkətləri və "Araratsement" zavodunda mümkün ixtisarlar nəticəsində ictimai narazılıq öz pik həddinə çatacaq.

Parlamentdə təmsil olunmayan "Daşnaksutyun" guya hazırda "Çiçəklənən Ermənistan" və "Maariflənmiş Ermənistan"la bu iki fraksiyanın eyni vaxtda mandatdan imtina etməsi ilə böhranın yaradılması variantını müzakirə edir. Nəşrin mənbəsi bildirib ki, bu ssenarini reallaşdırmaq olduqca çətindir, lakin hazırda müzakirə gedir.

Xəbər lenti
0