ABŞ-dan qalmaqallı addım – Türkiyə təhdid altında

© AP Photo / Andrew HarnikABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Otuz terrorçu bu raketlərin idarə edilməsi ilə bağlı xüsusi təlim də keçib

BAKI, 30 aprel — Sputnik. ABŞ PKK terror təşkilatına "Stinger" daşınan zenit-raket kompleksi verəcək. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ Suriyanın şimal və şərqindəki PKK yaraqlılarına "Stinger" raketlərinin təslimatına hazırlaşır. 

Президент США Дональд Трамп в Белом доме, 28 апреля 2017 года - Sputnik Azərbaycan
Dünyada ABŞ hegemoniyası başa çata bilər

PKK-ya Suriyanın Rimeylan, Şəddadi, Çələbiyə və Əl Omar bölgələrində istehkam yerlərinin müəyyən edilməsi təlimatı verilib. Artıq 30 terrorçu bu raketlərin idarə edilməsi ilə bağlı xüsusi təlim də keçib. Raketlərin təslimatı ilə bağlı bir dəstək də İsraildən gəlib.

Türkiyə və İraq sərhəd xətti ilə Rakka bölgəsində yerləşdiriləcək bu raketlər Türkiyə, İraq və Suriyanın hava gücləri üçün böyük təhdid xarakteri daşıyır.

Qeyd edək ki, Amerika istehsalı olan "Stinger" zenit-raket kompleksi alçaqdan uçan hava hədəflərinin (təyyarə, helikopter, pilotsuz uçuş aparatı) vurulması üçün nəzərdə tutulur. Bir adam tərəfindən daşınan, çiyinə alınaraq atəş açılan, infraqırmızı və ultrabənövşəyi şüalarla idarə olunan raket sistemidir.

Xəbər lenti
0