Sürücülər üçün vacib məlumat

Abunə olmaq
Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar

BAKI, 29 aprel — Sputnik. Mayın 1-dən başlayaraq avtomobillərdə jalüzlərin istifadəsinə icazə veriləcək. Belə ki, ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən jalüz tipli pərdələrin istifadəsinə icazə verilir. 

Автомобили, припаркованные на одной из улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Avtomobillərin parklanma qaydaları müəyyənləşdi

Bu barədə Sputnik Azərbaycan-a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, yalnız standartlara uyğun olan və sənaye üsulu ilə hazırlanan jalüzlərdən istifadə etmək olar: "Burada plyonka və teatral, yəni tünd pərdələrdən söhbət getmir. Havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır".

"Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsindən gedir. Təbii ki, tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar" - deyə Muradlı bildirib.

O qeyd edib ki, pərdə və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq. Avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və kustar üsulla hazırlanan pərdə, jalüz, plyonkalar inzibati məsuliyyət yaradır.

Xəbər lenti
0